“Dakara getmək istəyirəm, mənə kömək edərsən?” sualı ilə başlayan karyera – Yazı+Fotolar

Hələ uşaq yaşlarından sürəti ilə hər kəsi təəccübləndirməyi bacaran Sadio Mane, bu istedadının sayəsində indi dünyanın ən köklü klublarından birində – “Liverpul”da forma geyinir. Amma bir çox böyük futbolçu kimi, onun da futbola gələnə qədər asan həyatı olmayıb.

Komanda.az Manenin yaşadığı çətinlikləri onun öz dilindən təqdim edir:

  • Özümü dərk edəndən sürətli olduğumu bilirəm. Sürətim üçün əlavə məşq etməmişəm. Bu, Allahın mənə verdiyi özəllikdir. Məktəb vaxtında da sürətimə görə hər dəfə məni fərqli yarışlara göndərirdilər. Sürətli qaçırdım, uzun məsafədə də sürətli qaça bilirəm.
  • Hər çətin vəziyyətimdə Allaha sığınıram və “Quran”ı oxuyuram. Din mənim üçün çox vacibdir. İslamın qaydalarına hörmət edirəm və gündə 5 dəfə namaz qılıram.
  • Orqanizmimi yaxşı tanıyıram, nəyin mənə yaxşı təsir edəcəyini bilirəm. Xüsusi aşpazım var və mənə uyğun olan yeməkləri hazırlayır. Faydalı yeməklər yeməyi üstün tuturam. İçki içmirəm, heç vaxt buna cəhd etməmişəm. Siqaret də istifadə etmirəm.
  • Balaca olarkən, ayaqqabılarımı geyinər, qaçmağa başlayardım. Heç vaxt velosipedim olmayıb, hər yerə qaçaraq gedirdim. Əl-Haci Diufu izləməkdən zövq alırdım. Onun 2002-ci ildə keçirilən dünya çempionatında Fransaya vurduğu qolu xatırlayıram. Məktəbdən qaçıb, oyuna baxmaq üçün dostumun evinə getmişdim. Diuf bir qəhrəmandır.
  • Peşəkarsızsa, hər şeyə hazır olmalısız. Bəzən işlərimiz istədiyimiz kimi getmir. Zədələnəndə, mənə heç nə asan olmadı, sağalmaq üçün bir yol fikirləşib tapmalı idim. Mövsümün əvvəlində bir həftəlik tətilimiz vardı, mən də o tətildə həkimə gedib, müalicə almışdım.
  • 25 yaşınız varsa, hər şeyi qazandığınızı deyə bilməzsiz. Hələ də nələrsə öyrənirəm. Nə qədər irəli gedə biləcəyimi bilmirəm. Bunun üçün çox çalışıram.
  • Hələ 15 yaşım olarkən, yaşadığım yeri tərk edib, Dakara getdim. Atam kimi münasibət bəslədiyim bir insandan kömək istədim, ona “Dakara getmək istəyirəm, mənə kömək edərsən?” dedim. 10 nəfərin yaşadığı evdə böyümüşəm. Gedəcəyimi heç kim bilmirdi, atama və ya anama da deməmişdim. Gedəndə, hər kəs həyəcan keçirmişdi. Məni tapmaq və geri qaytarmaq üçün bir nəfər göndərmişdilər.
  • Ailəmdə heç kim futbolçu olacağıma inanmamışdı. Məktəbi bitirdikdən sonra “futbolçu olmağı bu qədər çox istəyirsənsə, cəhd et” dedilər. Mən də cəhd etdim.
  • Yurgen Klopp “Borussiya”da (Dortmund) çalışarkən, məni çox istəmişdi. Həmin vaxt “Salzburq”da oynayırdım və klubum transfer olunmağıma icazə verməmişdi. Klopp “Liverpul”da işləməyə başladıqdan sonra məni yenə komandasında görmək istədi. Bu dəfə doğru klubda, doğru baş məşqçiylə işləməyə başladım.

_______________________

Dosye
Adı, soyadı: Sadio Mane
Doğum tarixi: 10 aprel, 1992-ci il
Boyu: 1,75
Çəkisi: 70
Oynadığı komandalar: “Mets” (2010-2012), “Salzburq” (2012-2014), “Sauthempton” (2014-2016), “Liverpul” (2016-…), Seneqal millisi (2012-…)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button