DÇ-2022: “Daha yaxşı oynaya bilərdik” – Hazard

Belçika millisinin futbolçusu Eden Hazard DÇ-2022-nin qrup mərhələsində Kanada üzərində qələbəni (1:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu ikinci hissədə daha yaxşı mübarizə apardıqlarını deyib:

“Daha yaxşı oynaya bilərik. İlk matçda qalib gəlmək həmişə xoşdur. Kanadalıların yaxşı oyunçuları var, bunu bilirdik. Onların oyunlarına da baxırdıq. İlk hissəni çox yaxşı keçirmədik. İkinci hissə daha yaxşı keçdi. Amma yenə də, daha yaxşı oynaya bilərdik”.

F qrupuna Belçika millisi başçılıq edir (3 xal). Mərakeş ikinci (1 xal), Xorvatiya üçüncü (1 xal), Kanada isə sonuncudur (0 xal).

Noyabrın 27-də Belçika Mərakeş, Xorvatiya isə Kanada millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button