Daha bir ölkədə mövsüm başa çatdırıldı

Koronavirus səbəbiylə dayandırılan futbol üzrə Kipr çempionatı ilə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, mövsümün qalan oyunları ləğv edilib və mövsüm vaxtından əvvəl başa çatdırılıb. Bu barədə ölkənin futbol assosiasiyası məlumat yayıb.

Qərar federasiyanın idarə heyəti və klubların iştirakı ilə keçirilən iclasda qəbul edilib. Qərara görə, cari mövsümün çempionu müəyyənləşməyib. Klubların avrokuboklara qatılması isə turnir cədvəlinin hazırkı vəziyyətinə görə məlum olub. Turnir cədvəlinə rəhbərlik edən “Omoniya” Çempionlar Liqasında, “Anortosis”, APOEL və “Apollon” isə Avropa Liqasında mübarizə aparacaq.

Daha öncə Avropada Fransa, Niderland və Belçikada da cari mövsüm vaxtından tez başa çatdırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button