Daha bir komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Lənkəran” FK – “Zəfər-44” oyununda “Lənkəran”ın futbolçusu Elvar Abdullazadə texniki zonadan köməkçi hakimin və AFFA nümayəndəsinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-17 Liqasının “Sabah” FK – “Sumqayıt” FK oyununda “Sumqayıt”ın futbolçusy Ülvi Əliyev rəqib komandanın ünvanına təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan “Universal FA” – “Azart” oyunu “Universal”ın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Universal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button