Daha bir azərbaycanlı ermənidən üstün oldu

Azərbaycanlı yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Komanda.az xəbər verir ki, 23 yaşlı idmançı (87 kq) 1/4 finalda dünya çempionu və son Avropa çempionatının qalibi Maksim Manukyana qalib gəlib – 6:1. İslam ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə o, daha 2 xal qazanıb. 

Abbasovun yarımfinaldakı rəqibi belaruslu Nikolay Stadub olacaq. 

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button