
ÇL: “Qarabağ”ın futbolçusu ən çox qurtarış edən üçüncü qapıçıdır
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski indiyədək UEFA Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır.
Komanda.az xəbər verir ki, polşalı qolkiper turnirin Liqa və pley-off mərhələlərində 40 seyvlə yadda qalıb.
Norveçin “Budo Qlimt” komandasından Nikita Haikin (52) birinci, İspaniya təmsilçisi “Real”dan Tibo Kurtua (44) ikinci sıradadır.
“Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a uduzub – 1:6.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



