
ÇL: “Qarabağ” bu gün “Nyukasl”la ilk oyununu keçirəcək
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Nyukasl”la qarşılaşacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək. Matçın baş hakimi norveçli Espen Eskos olacaq.
Cavab qarşılaşması fevralın 24-də, saat 00:00-da İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



