“İngilislərin Avropa Super Liqasında olmaması məni maraqlandırmır” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta qarşıdakı mövsümlərdə Avropa Super Liqasının mümkün startı haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub prezidenti artıq Super Liqada 12 komanda olduğunu bildirib: 

“Super Liqa başlayır? 2024/2025 mövsümündə bu baş verməsə, 2025/2026 mövsümündə olacaq. İngilislərin turnirdə olmaması məni maraqlandırmır. Super Liqa klublara sadəcə turnirdə iştirak üçün 100 milyon təklif edir. Çempionlar Liqasını qazansalar belə, o qədər pul qazana bilməyəcəklər.

“Barselona”, “Real”, “İnter”, “Milan”, “Napoli”, “Roma”, “Marsel”, üç Niderland komandası, “Brügge” və “Anderlext”. Artıq 12 komanda var”.

Bundan əvvəl Avropa Super Liqası layihəsinin – istənilən Avropa çempionatının klublarının iştirak edə biləcəyi yarışın yenidən yaradılacağı açıqlanıb. Dekabrda Avropa İttifaqının Ədalət Məhkəməsi FİFA və UEFA-nın yarışda monopoliyaya malik olmadığı barədə qərar çıxarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button