ÇL: “Neftçi”nin potensial rəqiblərinin sayı dördə endi

Azərbaycanı 2021/22 mövsümündə UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin potensial rəqiblərinin sayı 4-ə enib.

Komanda.az xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək paytaxt təmsilçisi püşkatmada “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan) və ya “Kayrat” (Qazaxıstan) klublarından biri ilə düşəcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, sabah təşkil olunacaq püşkatma mərasiminə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.