ÇL: “Mançester Siti” yeni rekorda imza atıb

“Mançester Siti” UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” buna səfərdə Danimarkanın “Kopenhagen” komandasına turnirin 1/8 final mərhələsinin ilk oyununda 3:1 hesabı ilə qalib gəlməklə nail olub.

Pep Qvardiolanın baş məşqçisi olduğu komanda qitənin bir nömrəli klub turnirində ardıcıl 9-cu matçda qələbə qazanıb. Bunların yeddisi cari, ikisi isə əvvəlki mövsümdə olub. Bu, İngiltərə təmsilçiləri arasında yarışda ən uzunmüddətli qələbədir.

“Mançester Siti” sonuncu dəfə ötən ilin mayında Çempionlar Liqası matçında qələbə qazana bilməyib. Komanda həmin vaxt yarımfinalda İspaniyanın “Real” klubu ilə heç-heçə edib – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button