“Milan”la “Bayern” də 1/4 finalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu baş tutub.

Komanda.az xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçılarının adına aydınlıq gəlib.

Gecənin maraqla gözlənilən qarşılaşması Almaniyada gerçəkləşib. İlk görüşdə PSJ-ni minimal hesabla məğlub edən (1:0) “Bayern” bu dəfə rəqibini doğma meydanında sınağa çəkib. Evdə daha inamlı hesabla qalib gələn Almaniya nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırıb. 

Digər görüşdə isə “Milan” İngiltərədə “Tottenhem”lə üz-üzə gəlib. “Qırmızı-qaralar” Milanda keçirilən ilk qarşılaşmada 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab görüşündə qapılara qol vurulmadığından, İtaliya təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.

Daha əvvəl “Benfika” və “Çelsi” 1/4 finala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Cavab oyunları
8 mart

Bayern (Almaniya) – PSJ (Fransa) 2:0
Qol
: E.Şupo-Motinq, 61. S.Qnabri, 89.
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:0
“Münhen Futbol Arenası”.

Tottenhem (İngiltərə) – Milan (İtaliya) 0:0
Baş hakim: Klemen Türpin (Fransa)
İlk oyun – 0:1
London, “Tottenhem Hotspur” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button