
Martines Ronaldonu niyə əvəzləyib?
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines dünya çempionatının 1/16 finalında Xorvatiya yığması üzərində 2:1 hesablı qələbədən sonra Kriştiano Ronaldonu əvəzləməsinin səbəbini izah edib.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, mətbuat konfransında hesabda geri düşdükdən sonra hücum xəttini gücləndirmək üçün bütün imkanlardan istifadə etdiyini bildirib:
“Xorvatiyanın qolundan sonra hücumumuzu gücləndirmək üçün əlimizdə olan bütün variantlardan yararlandıq. Qonçalo Ramoş sonradan oyuna daxil olanda matçın gedişini dəyişə bilən futbolçudur. Eyni sözləri Bernardo Silva və Fransisko Konseysao haqqında da demək olar. İkinci hücumçunu meydana buraxaraq böyük risk etdik. Amma daha sonra bizə əlavə yarımmüdafiəçi lazım oldu və buna görə Ronaldonu əvəzləməyə məcbur qaldıq”.
Ronaldo matçın 68-ci dəqiqəsində penaltidən fərqlənərək hesabı bərabərləşdirib. 81-ci dəqiqədə əvəzlənən 41 yaşlı hücumçu cari dünya çempionatında ilk dəfə oyunu sonadək meydanda keçirməyib.
Portuqaliya millisinin qələbə qolunu isə 94-cü dəqiqədə Qonçalo Ramoş vurub.
Bizi Facebook-da izləyin



