Naqelsmann millidən getdi

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann komandanın DÇ-2026-da mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Almaniya millisinin 1/16 finalda Paraqvaya məğlubiyyətindən (1:1, penaltilər – 3:4) sonra 38 yaşlı mütəxəssis komandada fəaliyyətini davam etdirməyə hazır olduğunu bəyan etsə də, sonradan istefa verdiyi bildirilib.

Yığmanının baş məşqçi postuna hazırda əsas namizədin Yurgen Klopp olduğu söylənilir.

2023-cü ildən milliyə rəhbərlik edən Naqelsmann daha əvvəl bu ölkənin “Bavariya”, “Leyptsiq” və “Hoffenhaym” klublarını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button