“Oyarzabal layiq olduğu qiyməti almır”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, hücumçu Mikel Oyarzabalın komanda üçün əhəmiyyətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionatında Avstriya üzərində 3:0 hesablı qələbədən sonra o, forvardı xüsusi olaraq tərifləyib:

“Oyarzabal inanılmaz futbolçudur. O, layiq olduğu qiyməti almır. Düşünürəm ki, azarkeşlər tərəfindən daha çox tərif eşitməlidir”.

Oyarzabal dünya çempionatında keçirdiyi 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. İspaniya millisi 1/8 finalda Portuqaliya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button