
Tonali yeni klubunda illik 12 milyon avro qazanacaq
İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali karyerasını “Tottenhem”də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu London klubu ilə müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Tonalinin “Tottenhem”də bonuslarla birlikdə illik qazancının 12 milyon avro olacağı bildirilir. O, 2023-cü ildən “Nyukasl”ın formasını geyinirdi. Ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxan futbolçu, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bundan əvvəl yayılan məlumatlara əsasən, “Tottenhem” bu transfer üçün 117 milyon avro ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



