ÇL: “Bizim yalnız bir şansımız var” – Pioli

“Milan”ın çalışdırıcısı Stefano Pioli UEFA Çempionlar Liqasının yarımfinalının “İnter”lə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, finala çıxmaq istədiklərini deyib:

“Meydanda balanslaşdırılmış şəkildə hərəkət etməliyik. İlk qolun neçənci dəqiqədə vurulacağı önəmli deyil. Əsas məqam qol vurmaqdır. Bunun nə qədər vacib olduğunu anlayırıq.

Bazar günü səhər saatlarından etibarən “İnter”lə cavab oyunu haqda danışmağa başladıq. Bizim yalnız bir şansımız var. Oyuna düzgün düşüncə ilə yanaşmalıyıq.

Oyunçularımın əhval-ruhiyyəsi necədir? Hələ də qalib gəlmək şansının olduğunu bilən komandanın əhval-ruhiyyəsi kimidir. Futbolçularım diqqətini oyuna cəmləyib. Nəticəni xeyrimizə dəyişməliyik.

“Milan”ın Çempionlar Liqasında bu mərhələyə qədər irəliləyəcəyini çox az adam təsəvvür edirdi. Biz finala çıxmaq istəyirik. Yarımfinalın ilk oyunu istədiyimiz kimi olmadı”.

İlk oyunda “rossonyerlər” “İnter”ə 0:2 hesabı ilə uduzmuşdu. Cavab qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button