ÇL: “Bugünkü zirvəyə çatandan bəri körpünün altından çoxlu sular keçdi” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis PSJ-nin yenə favorit olduğunu düşündüyünü bildirib:

“Komandamla çox fəxr edirəm. İndi bunu yaşamırsızsa, bəs nə vaxt? Düşünürəm ki, PSJ yenə də favoritdir. Bu, heyrətamiz komandadır və biz bu gün onların gücünü azaltmağa müvəffəq olduq. Xüsusilə, birinci hissədə çox yaxşı pressinq etdik – effektiv və yüksək.

Parislilərin belə oyununa qarşı uğurla müdafiə olunmaq çox çətindir, amma düşünürəm ki, bu gün biz bu vəzifənin öhdəsindən gəldik. Uzun müddətdən sonra 1/4 finala yüksəlməyimizi özümüzü sübut etmək üçün əla fürsət kimi qəbul etdik və sanki hamı bunu mükəmməl başa düşürmüş kimi mübarizə apardıq. Futbolçularım özlərinə inanırdılar.

Mən özüm “Barselona” azarkeşiyəm. Sevinirəm, amma yol hələ tamamlanmayıb. Biz bugünkü zirvəyə çatandan bəri körpünün altından çoxlu sular keçdi, lakin görüləcək çox şey var”.

Cavab matçı aprelin 16-da Barselonada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button