ÇL: “Bayern”in meydanda hansı çətinliklərlə üzləşəcəyini bilirik”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasının 1/4 finalında sabah “Bayern”lə keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin gücünü etiraf etsə də, komandasına inamını vurğulayıb:

“Real” hər zaman ən yüksək səviyyəli komandalara qarşı layiqli mübarizə aparıb. “Bayern” möhtəşəm mövsüm keçirir. Amma biz onların meydanda hansı çətinliklərlə üzləşəcəyini bilirik. Münhen təmsilçisi ilə tariximiz hər zaman xüsusi olub. “Santyaqo Bernabeu”da bizi növbəti möhtəşəm Çempionlar Liqası gecəsi gözləyir”.

Turnirin final oyunu mayın 30-da, Macarıstandakı “Puşkaş Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button