“APOEL-in də necə komanda olduğunu bilirəm” – “Qarabağ”ın sabiq futbolçusu

Çinin “Çjetsyan Qrintaun” klubunun futbolçusu Dino Ndlovu keçmiş komandası “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə oyunları öncəsi fikirlərini bildirib.

Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu, hər iki komandanın şanslarının bərabər olduğunu deyib:

“Qarabağ”ı yaxşı tanıyıram, APOEL-in də necə komanda olduğunu bilirəm. Hər iki komandanın hazırkı durumu haqda dəqiq məlumatım olmasa da, mərhələ keçmək şanslarını yarı-yarıya görürəm. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-off mərhələsinə düşmək istəyir”.

Dino Ndlovu 2016/17 mövsümündə “Qarabağ”da çıxış edib.

“Qarabağ”la APOEL arasında sabah Nikosiyada olacaq ilk oyun saat 21:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı isə avqustun 13-də, saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button