Çimərlik güləşçilərindən ilin ilk sınağında uğurlu start

Türkiyədə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, bu gün bütün çəkilər üzrə qrup mərhələsinin ilk 2 turunun görüşləri keçirilib.

Yarışda Azərbaycanı təmsil edən güləşçilərdən Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) hərəyə 1 qələbə qazanıb. Ən ağır çəkidəki digər təmsilçimiz Oyan Nəzəriani isə keçirdiyi hər iki qarşılaşmadan qalib ayrılıb.

Sabah qrup mərhələsində son turun görüşləri keçirildikdən sonra yarımfinal və final qarşılaşmaları baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button