“Champions Chess Tour”: “Şah” qələbə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının sonuncu mərhələsinə qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 1-ci turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı 2-ci turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button