“Çempionluq şübhəsiz ki, tortun üzərindəki krem kimi ​​olacaq” – “Yuventus”un futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni İtaliya çempionatının 15-ci turu çərçivəsində səfərdə “Napoli” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, ABŞ-lı futbolçu Çempionlar Liqasında olmaq istıdiklərini bildirib:

“Mövsümün sonunda çempion olsaq, əla olacaq. Son illərdə buna nail ola bilməmişik, amma bilirik ki, “Yuventus” zəngin tarixə malik klubdur və keçmişdə dəfələrlə A Seriyasının qalibi olub. Biz azarkeşlər, klub və özümüz tərəfindən hər şeyi düzgün etmək istəyirik. Nəhayət, Çempionlar Liqasında olmaq istəyirik. Amma çempionluq şübhəsiz ki, tortun üzərindəki krem ​​olacaq. Biz oyundan-oyuna uğur qazanmağa və hər həftəsonu üç xal əldə etməyə çalışacağıq”.

“Yuventus” A Seriyasında 15 turdan sonra 36 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button