Çempionlar Turu: Məmmədyarov iştirakçılar arasında, Rəcəbov…

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 9-cu mərhələsinin iştirakçıları bəlli olub.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov “Aimchess USRapid” adlanan turnirdə mübarizə aparacaq. Final mərhələsinə vəsiqəni təmin edən Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Avqustun 28-də start götürəcək onlayn turnir sentyabrın 5-də yekunlaşacaq. Yarışın mükafat fondu 100 min dollardır.