“Barselona” azarkeşləri üçün “Real”ı məğlub etmək istəyirəm”

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Real”la qarşılaşacaq “İnter”in futbolçusu Arturo Vidal açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, çilili yarımmüdafiəçi, “Barselona” azarkeşləri üçün “Real”ı məğlub etmək istədiyini deyib:

“Barselona” azarkeşləri üçün “Real”ı məğlub etmək istəyirəm. Böyük oyun olacaq. “Barselona”da iki gözəl il keçirmişəm. Həm “İnter”, həm də “Barselona” azarkeşlərini xoşbəxt etmək üçün matçı qazanmaq istəyirəm”.

Bu gün keçiriləcək “Real” – “İnter” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button