Çempionlar Liqasının final mərhələsi Belarusdan alındı

Futzal üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün final mərhələsinin oyunları Belarusun paytaxtı Minskdə təşkil olunmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, turnirin Belarusdan alınmasına koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub. Bəzi komandaların və rəsmi şəxslərin həlledici raundun matçlarında iştirakının mümkünsüzlüyünü nəzərə alan qitə futbol qurumu matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belarus Futbol Federasiyası ilə məsləhətləşən UEFA final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edib.

Qeyd edək ki, ÇL-in final mərhələsinin matçları 28 aprel-3 may aralığında təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button