Tomas Tuxel: “Bu oyun bizim üçün böyük sınaqdır”

Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə qarşılaşacaq “Çelsi”nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan alman mütəxəssis, “Atletiko”nun təcrübəli komanda olduğunu deyib:

“Bu oyun bizim üçün böyük sınaqdır. “Atletiko” bu səviyyədə böyük təcrübəyə sahibdir və çox güclü məşqçiləri var. Ümid edirəm ki, bu matçda ən yaxşı oyunumuzu göstərə biləcəyik. “Atletiko”nun yaxşı təcrübəsi, mübarizə əzmi və güclü psixologiyası var”.

“Atletiko” – “Çelsi” matçı bu gün saat 00:00-da start götürəcək.