Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada Portuqaliyanın “Sportinq” komandasının yarımmüdafiəçisi Pedro Qonçalves layiq görülüb.

23 yaşlı futbolçu ötən gecə Dortmund “Borussiya”sına (Almaniya) doğma meydanda 3:1 hesabıyla qalib gəldikləri oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına “Ayaks”dan (Niderland) Sebastyan Haller, “İnter”dən (İtaliya) Edin Dzeko və “Leyptsiq”dən (Almaniya) Emil Forsberq də namizəd idi.