
Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, başa çatan 1/8 final oyunlarından sonra Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.
Bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq. Görüşlər Portuqaliyanın paytaxtı Lissabondakı “Da Luj” və “Joze Alvelade” stadionlarında baş tutacaq.
Qeyd edək ki, 1/4 finalda 5 ölkə təmsilçisi iştirak edəcək. Bunlar “Böyük beşlik” təmsilçiləridir. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə Portuqaliyada təmsil olunacaq.
UEFA Çempionlar Liqası
1/4 final
12 avqust
Atalanta (İtaliya) – PSJ (Fransa)
13 avqust
Leyptsiq (Almaniya) – Atletiko (İspaniya)
14 avqust
Barselona (İspaniya) – Bavariya (Almaniya)
15 avqust
Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)
Bizi Facebook-da izləyin