“De Rossi “Roma”ya rəhbərlik etdiyi vaxtdan yaxşı iş görür” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Roma”nı çalışdıran Daniele de Rossinin əməyini yüksək qiymətləndirib.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında həmkarının yaxşı işlər gördüyünü bildirib:

“De Rossi “Roma”ya rəhbərlik etdiyi vaxtdan yaxşı iş görür. Komandaya sakitlik, eyni zamanda həvəs gətirib. Çempionlar Liqasına vəsiqə verən yer uğrunda maraqlı oyun olacaq. Başa düşürük ki, “Bayer”lə Avropa Liqasının ilk yarımfinal matçının (0:2) nəticəsindən narazı olan komanda ilə qarşılaşmalıyıq”.

“Yuventus” mayın 5-də A Seriyasının növbəti turu çərçivəsində Romaya yollanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button