Çempionlar Liqası: İlk turun rəmzi komandası FOTO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun rəmzi komandası məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Real”ı 3:0 hesabıyla məğlub edən PSJ-nin 3 futbolçusu rəmzi komandada yer alıb:

Qapıçı: Mark-Andre Ter Ştegen (“Barselona”);

Müdafiəçilər: Xuan Bernat, Tomas Munye (hər ikisi PSJ), Nikolas Taqliyafiko, Edson Alvares (hər ikisi “Ayaks”), Marin Leovaç (“Dinamo”, Zaqreb);

Yarımmüdafiəçilər: Matye Valbuena (“Olimpiakos”), İlkay Gündoğan (“Mançester Siti”), Mislav Orşiç (“Dinamo”, Zaqreb);

Hücumçular: Anxel Di Maria (PSJ), Erlinq Haland (“Zalsburq”).