Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” APOEL-i qəbul edib. Komandalar arasındakı Kiprdə keçirilən ilk oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. “Qarabağ” APOEL səddini keçsəydi, pley-off mərhələsində “Ayaks” – PAOK cütünün qalibi ilə qarşılaşacaq. Amma təəssüf ki, iki cavabsız qolla uduzan təmsilçimiz ÇL-də mübarizəni dayandırmalı olub. “Ayaks” – PAOK cütündə isə Hollandiya təmsilçisi daha güclü olub.

Türkiyənin “Başakşəhər” klubu Yunanıstan “Olimpiakos”unun qonağı olub. Komandalar arasında keçirilən ilk görüş yunanların minimal hesablı qələbəsiylə başa çatmışdı. Cavab oyununda da uduzan Türkiyə klubu mübarizəni dayandırıb.

Rusiya təmsilçisi “Krasnodar”ın doğma meydanda uduzduğu “Portu”ya səfərdə qalib gələrək mərhələ adlaması da gecənin diqqət çəkən nəticələrindən biri olub.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

13 avqust

Qarabağ (Azərbaycan) – APOEL (Kipr) 0:2
Qol
: De Vinsenti, 34-pen. Matiç, 68.
İlk oyun – 2:1

Rusenborq (Norveç) – Maribor (Sloveniya) 3:1
Qol
: Soderlund, 53. Konradsen, 61; 81 – Vankas, 45+2.
İlk oyun – 3:1

Dinamo (Ukrayna, Kiyev) – Brügge (Belçika) 3:3
Qol
: Buyalski, 6. Şepelyov, 50. Mexele, 90+3-öz qapısına – Deli, 38. Vormer, 88. Openda, 90+5.
İlk oyun – 0:1

Kopenhagen (Danimarka) – Srvena Zvezda (Serbiya) 1:1 (penaltilər 6:7)
Qol
: Ndoye, 45 – Boakye, 17.
İlk oyun – 1:1

Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya) 0:4
Qol
: Ademi, 16. Petkoviç, 47. Olmo, 55. Qoyak, 79.
İlk oyun – 1:1

LASK (Avsrtriya) – Bazel (İsveçrə) 3:1
Qol
: Tanftl, 59. Qoiginger, 89. Raquz, 90+4 – Ademi, 80.
İlk oyun – 2:1

Olimpiakos (Yunanıstan) – Başakşəhər (Türkiyə) 2:0
Qol
: Semedo, 55. Valbuena, 78-pen.
İlk oyun – 1:0

Ayaks (Hollandiya) – PAOK (Yunanıstan) 3:2
Qol
: Tadiç, 43-pen; 85-pen. Talyafiko, 79 – Bisesvar, 23; 90+4.
İlk oyun – 2:2

Seltik (Şotlandiya) – ÇFR (Rumıniya) 3:4
Qol
: Forrest, 51. Eduard, 61. Kristie, 76 – Deaç, 27. Omrani, 74; 80. Çukudian, 90+7.
İlk oyun – 1:1

Portu (Portuqaliya) – Krasnodar (Rusiya) 2:3
Qol
: Ze Luis, 57. Dias, 76 – Vilhena, 3. M.Süleymanov, 13; 34.
İlk oyun – 1:0