Çempionatlar tarixinin üçüncü ən məhsuldar oyunu

Futzal üzrə Yüksək Liqanın 19-cu turunun son matçı EKOL-un qələbəsi ilə yanaşı, 42 və daha çox qolun vurulduğu oyun kimi də yadda qalıb.

Komanda.az xəbər verir ki, cari mövsümdə ən çox qolun vurulduğu və fərqin qeydə alındığı matç çempionatlar tarixinin üçüncü ən məhsuldar qarşılaşmasıdır.

Belə ki, ən çox qolun vurulduğu oyun 2010/11-ci il mövsümündə olub. “Araz” – “Azecolab” dueli 54:4 hesabı ilə yekunlaşıb. Görüşdə ümumilikdə 58 qol vurulub.

İkinci yerdə isə EKOL – “Saray” qarşılaşması yer alır. 2009/10-cu il mövsümündə keçirilmiş matç 57:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Bu oyun məhsuldarlığı görə ikinci, fərqə görə isə birinci yerdə qərarlaşıb.

EKOL – “Liman” oyununda isə 42 qol vurulub. EKOL-un 38 qoluna “Liman” 4 dəfə qarşılıq verib. Yeri gəlmişkən, hazırkı çempionatın arxada qalan oyunlarının heç birində 34 top fərqi qeydə alınmayıb.

Onu da qeyd edək ki, 34 top fərqli qələbə çempionatlar tarixində 10-cü sıradadı. Ən fərqli hesab isə elə EKOL-a məxsusdu – 57 top.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button