“Lion”u çalışdıra bilər – “Çelsi”nin keçmiş baş məşqçisi

“Lion”un sahibi Con Tekstor “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potterlə danışıqlar aparır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “Lion”un çalışdırıcısı Loran Blanı əvəz edə bilər.

Potter 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə qədər “zadəganlar”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 31 oyunda 11 məğlubiyyətlə üzləşib.

“Lion” Blanın rəhbərliyi altında 2023/24 mövsümünün ilk 4 turunda cəmi 1 xal toplayıb və Fransa çempionatının turnir cədvəlində sonuncu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button