“Çelsi”nin finaldakı rəqibi bəlli oldu

Futbol üzrə İngiltərə kubokunda finalçılar müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

İkinci yarımfinal görüşündə “Lester Siti” ilə “Sauthempton” klubları üz-üzə gəlib. Premyer Liqada da uğurlu mövsüm keçirən “Lester Siti”, rəqibi üzərində minimal hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə “Çelsi” Premyer Liqanın lideri “Mançester Siti” üzərində oxşar hesabla qələbə qazanaraq həlledici oyuna vəsiqə əldə etmişdi.

Beləliklə, finalda “Çelsi” ilə “Lester Siti” komandaları qarşılaşacaq. Final görüşü mayın 15-də keçiriləcək.