“Çelsi” yanvarı gözləyir – “Bavariya”nın futbolçusu üçün

Cari mövsümün sonunda “Bavariya”dan ayrılacaq David Alaba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Çelsi” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Zadəganlar”ın yanvar ayında futbolçuyla rəsmi danışıqlara start verəcəyi bildirilir.

Alabanın müqaviləsi mövsümün sonunda bitəcəyi üçün, futbolçu qış transfer dövründə istədiyi klubla danışıqlar apara bilər.

Alaba üçün PSJ-nin də danışıqlara hazır olduğu bildirilir.