“Liverpul” sürprizə imkan vermədi

İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Açılış matçında London təmsilçiləri – “Çelsi” və “Tottenhem” üz-üzə gəlib. Üç qolun qeydə alındığı paytaxt derbisi “zadəganlar”ın qələbəsiylə başa çatıb.

UEFA tərəfindən 2 mövsümlük avrokuboklardan uzaqlaşdırılan “Mançester Siti” bu turda səfərdə “Lester”in qonağı olub və minimal hesabla qalib gəlib.

Bazar günü daha üç görüş baş tutub. “Mançester Yunayted” doğma meydanda “Uotford”u, “Vulverhempton” isə “Norviç”i 3 cavabsız qolla üstələyib. “Arsenal” da evdə “Everton” üzərində çətin qələbəyə sevinib.

Lider “Liverpul” isə “Vest Hem”i sınağa çəkib. “Qırmızılar” məğlub durumda olduqları bu oyunun sonlarında vurulan qollar sayəsində növbəti qələbəyə seviniblər.

İngiltərə Premyer Liqası, 27-ci tur

22 fevral

Çelsi – Tottenhem 2:1
Qol
: Jiru, 15. Alonso, 48 – Rudiger, 89-öz qapısına.

Bernli – Bornmut 3:0
Qol
: Vidra, 53. X.Rodriqes, 61-pen. Maknil, 87.

Kristal Pelas – Nyukasl 1:0
Qol
: Van Anholt, 90.

Şeffild Yunayted – Brayton 1:1
Qol
: Stivens, 26 – Maupay, 30.

Sauthempton – Aston Villa 2:0
Qol
: Lonq, 8. Armstronq, 90+5.

Lester – Mançester Siti 0:1
Qol
: Qabriel Xesus, 80.

23 fevral

Mançester Yunayted – Uotford 3:0
Qol
: B.Fernandes, 42-pen. Marsyal, 58. Qrinvud, 75.

Vulverhempton – Norviç 3:0
Qol
: Jota, 19; 30. R.Ximenes, 50.

Arsenal – Everton 3:2
Qol
: Nketya, 27. Obameyanq, 33; 46 – Levin, 1. Riçarlison, 45+4.

24 fevral

Liverpul – Vest Hem 3:2
Qol
: Veynaldum, 9. Salah, 68. Mane, 81 – Diop, 12. Fornals, 54.

Bombardir: Ceymi Vardi (Lester), Pyer-Emerik Obameyanq (Arsenal) – 17 qol.