“Çelsi” səfərdə xal itirdi

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, 24-cü turun “Brayton” – “Çelsi” oyunu bu komandalar arasındakı razılığa əsasən daha erkən tarixdə baş tutub.

“Brayton”un meydanında keçirilən matçda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Bu heç-heçədən sonra “Çelsi” 44 xalla 3-cü pillədə qərarlaşıb. “Brayton” isə 29 xalla 9-cudur.

İngiltərə Premyer Liqası, 24-cü turun oyunu

18 yanvar

Brayton – Çelsi 1:1
Qol
: Uebster, 60 – Ziyeş, 28.