“Çelsi” İtaliyada 2 hücumçunu “qaralayıb”

“Çelsi”nin qış transfer pəncərəsi üçün planları məlum olub.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi “Napoli”nin hücumçusu Viktor Osimhen və “İnter”in forvardı Lautaro Martinesi hədəfə alıb.

Klub müdafiəçi Mett Keş (“Aston Villa”), Giorgi Mamardaşvili (“Valensiya”) və Unay Simonla (“Atletik”) maraqlansa da, əsas plan Osimhen və Martinesi almaqdır.

Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 17 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə edib. 26 yaşlı Martines A Seriyasında 16 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button