
“Çelsi” öz missiyasını yerinə yetirdi” – Sabiq futbolçu
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Çelsi”nin sabiq oyunçusu Daniel Starric “Arsenal”la matçda (1:1) keçmiş komandasının oyunu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, oyundan razı qaldığını bildirib:
“Çelsi” təxminən 60 dəqiqə 10 nəfərlə oynadı, amma əla müdafiə olundu. Komanda öz missiyasını yerinə yetirdi. Möhtəşəm oyun! “Çelsi”nin futbolçuları oyunlarından məmnun ola bilərlər”.
“Zadəganlar” Moyses Kaysedonun meydandan qovulması səbəbindən cəmi 38 dəqiqədən sonra 10 nəfərlə qalmasına baxmayaraq, hesabı bərabərləşdirib.
“Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 24 xalla 3-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



