“Çelsi” sloveniyalı üçün 50 milyon avro ödəməyə hazırdır

“Leyptsiq”in və Sloveniya millisinin hücumçusu Benjamin Şeşko “Çelsi”yə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 20 yaşlı futbolçunu transfer etmək üçün qarşıdakı yay transfer pəncərəsində 50 milyon avro ayırmağa hazır olacaq. Sloveniyalı hücumçu ilə eyni zamanda, “Bayern”, “Arsenal” və “Mançester Yunayted” də maraqlanır.

Şeşko ötən yay 24 milyon avroya “Zalsburq”dan “Leyptsiq”ə keçib. Onun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Bu mövsüm forvard bütün turnirlərdə 26 oyun keçirib və 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button