“Çelsi”dən Portuqaliya klubuna

“Çelsi” klubu futbolçusu Lukas Piazonu satıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını “Braqa”da davam etdirəcək. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Piazonla 5 illik müqavilə imzalanıb.

2012-ci ildən “Çelsi” klubuna məxsus olan yarımmüdafiəçi “zadəganlar”da 1 oyuna çıxıb. Piazon bu dövr ərzində İngiltərədə “Fulhem”, “Ridinq”, İspaniyada “Malaqa”, Portuqaliyada “Rio Ave”, Niderlandda “Vitess”, Almaniyada “Ayntraxt” (Frankfurt), İtaliyada “Kyevo” kimi klublarda icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button