“Çelsi” istəyir, “Barselona” hərəkətə keçir

Son vaxtlar Avropanın bir neçə klubunun maraq dairəsində olan “Sassuolo”nun futbolçusu Jeremi Boqa karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Çelsi”nin maraq dairəsindədir. London klubu cari mövsümün sonunda yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.

Bundan başqa, “Barselona” da “Sassuolo”ya futbolçu üçün müraciət edib. Boqa ilə “Napoli”nin də maraqlandığı bildirilir.

“Sassuolo” ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulan futbolçu, cari mövsümdə iştirak etdiyi 25 oyunda 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button