“Çelsi” Braziliya klubundan hücumçu transfer edir

Braziliyanın “Santos” klubunun hücumçusu Anjelo Qabriel qısa zamanda “Çelsi”yə keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər mümkün transferlə bağlı razılıq əldə ediblər.

“Zadəganlar” braziliyalı üçün 15 milyon avro ödəyəcək. Onunla 2029-cu ilə qədər nəzərdə tutulan müqavilənin imzalanacağı gözlənilir.

19 yaşlı forvard London klubu ilə mövsümöncəsi məşqlərə başlayacaq. “Çelsi” sonra onu icarəyə verə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button