“Çelsi” Ziyexin müqaviləsinin müddətini açıqladı

“Çelsi” “Ayaks”dan transfer etdiyi Hakim Ziyexlə rəsmi müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik sözləşmə imzalayıb.

Ziyex “Çelsi”yə transferi haqda “zadəganlar”ın rəsmi saytına fikirlərini bildirib:

“Çelsi” kimi nəhəng kluba transfer olunduğum üçün çox şadam və bundan qürur duyuram. Gələn mövsümü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bu komanda ilə böyük işlərə imza atacağıq”.

Ziyex mövsümün sonunda “Çelsi”yə qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button