Cavid Hüseynova 6 oyunluq cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

MOİK-lə “Səbail” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda təcili tibbi yardım maşınının matçın başlamasına təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 1600 manat cərimə edilsin.

Matç xərəkdaşıyanlarla normal təmin olunmadığına görə MOİK klubuna xəbərdarlıq edilsin.

“Şamaxı” ilə “Turan Tovuz” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda “Şamaxı” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin.

“Şamaxı” komandasının oyunçusu Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin.

Matç başa çatdıqdan sonra “Şamaxı” komandasının məşqçisi Cavid Hüseynovun birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə o, kubok oyunlarından 6 oyun kənarlaşdırılsın, klub 4800 manat cərimə edilsin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button