Cavid Hüseynov: “Təcrübəsizliyə görə son dəqiqələrdə qol buraxdıq”

“Şamaxı”nın məşqçisi Cavid Hüseynov Premyer Liqanın 8-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibimiz çempionluq uğrunda mübarizə aparır. “Sabah” çox güclü futbolçulardan təşkil olunmuş komandadır. Buna baxmayaraq, əlimizdən gələni etməyə çalışdıq. Məğlub olmaq istəmirdik. Ancaq təcrübəsizliyə görə son dəqiqələrdə qol buraxdıq. Oyunçulara göstərdikləri əmzkarlığa görə təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button