“Bu, kluba bağlı bir şeydir” – Çalhanoğlu

“Milan”ın futbolçusu Hakan Çalhanoğlu İtaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi, bəzi klublardan transfer təklifi aldığını etiraf edib:

“Sizə yalan danışmayacam, bəzi klublardan transfer təklifi almışam. Ümid edirəm ki, uzun müddət burda qalacam. Ancaq bu, kluba bağlı bir şeydir. Son qərarı onlar verəcək”.

2017-ci ildən “Milan”da forma geyinən Hakan Çalhanoğlunun klubuyla 2021-ci ilin yayına qədər müqaviləsi var. Türkiyəli futbolçunun adı qış transfer pəncərəsi dövründə Bundesliqa təmsilçiləriylə hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button