Cəbəllütariq klubu Avropa Liqasında mərhələ adladı

Futbol üzrə Avropa Liqasında ilkin mərhələnin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub. Cəbəllütariqin “Sent Jozefs” klubu səfərdə heç-heçəyə razılaşdığı Kosovo “Priştina”sına 2 cavabsız qolla qalib gələrək 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Digər cavab qarşılaşmaları iyulun 4-də keçiriləcək.

Avropa Liqası, ilkin mərhələ, cavab oyunları

2 iyul

Sent Jozefs (Cəbəllütariq) – Priştina (Kosovo) 2:0 (ilk oyun 1:1)

4 iyul

21:30. Kardiff Met Universiti (Uels) – Proqres (Lüksemburq) (0:1)

21:30. Enqordani (Andorra) – La Fiorita (San Marino) (1:0)

22:00. Runavik (Farer adaları) – Ballimena Yunayted (Şimali İrlandiya) (0:2)

22:30. Europa (Cəbəllütariq) – San-Xulia (Andorra) (2:3)

22:45. Kliftonvill (Şimali İrlandiya) – Barri Taun (Uels) (0:0)

22:45. Tre Fiori (San Marino) – Klaksvik (Farer adaları) (1:5)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button