Bütün gücünü final matçına saxlayıb

“Mançester Yunayted”in hücumçusu Vaut Veqhorst İngiltərə Federasiya kubokunun “Mançester Siti” ilə baş tutacaq final matçından öncə gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün gücünü bu qarşılaşmaya saxladığını söyləyib:

“Qol vura biləcəyimi bilirəm. Bütün gücümü yalnız final matçına saxlamışam. Ümid edirəm ki, qalib gələcəyik. Yaddaşımda yalnız xoş xatirələr saxlamaq istəyirəm”.

30 yaşlı futbolçu 2022/23 mövsümündə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Federasiya kubokunun həlledici qarşılaşması bu gün, saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button