“Bütün Azərbaycan xalqı sizinlədir” – Millinin baş məşqçisi

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətlərinin monitorinqini aparmaq üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirməsi ilə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, Güney Azərbaycanın Urmiya şəhərindən olan 28 yaşlı mütəxəssis 44 günlük Vətən müharibəsində qadını, kişisi, qocası, cavanı ilə bütün dünya azərbaycanlılarının bir yumruq olduğunu dosta da, düşmənə də göstərdiyimizi bildirib.

Onun sözlərinə görə, bugünlərdə isə hamı insanların Şuşa-Xankəndi yolunda keşikdə durduğunu görür: “Sən nə gözəl, nə böyüksən, uca millətim. Qanunsuz aparılan qazıntıları, sülhməramlıdan çox erməniməramlı əsgərləri dayandıran xalqım sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edir və sivil şəkildə də olsa, Vətənin keşiyini çəkir. Qürur duyuram. Bütün Azərbaycan xalqı sizinlədir. Birliyimiz diriliyimizdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button